Məşhur aktyorun 34 yaşlı qızı hoteldə ölü tapıldı

2 Yanvar 2026 09:17

Hollivud aktyoru Tommi Li Consun qızı Viktoriya Kaliforniyada yerləşən hotellərdən birində ölü vəziyyətdə aşkarlanıb.

Milli.Az-ın məlumatına görə, TMZ bu xəbəri hüquq-mühafizə orqanlarındakı mənbələrə istinadən yayıb.

Bildirilir ki, 34 yaşlı Viktoriya cümə axşamı səhər saatlarında hotel otağında tapılıb.

Hadisə ilə bağlı dərhal polis əməkdaşları və məhkəmə-tibbi ekspert hadisə yerinə cəlb olunub. Hazırda ölümün dəqiq səbəbi açıqlanmayıb və araşdırma aparılır.

Milli.Az