98 yaşlı Ömər Eldarovun Dilarə Kazımova ilə rəqsi diqqət çəkdi - VİDEO

1 Yanvar 2026 18:40

Azərbaycanın tanınmış heykəltaraşı, Xalq rəssamı Ömər Eldarovun müğənni Dilarə Kazımova ilə birgə rəqs etdiyi görüntülər sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.

Milli.Az xəbər verir ki, sözügedən kadrlar Yeni il gecəsi çəkilib.  98 yaşlı sənətkarın yüksək əhval-ruhiyyə ilə musiqi sədaları altında rəqs etməsi diqqət çəkib. Videoda Eldarovun enerjisi və pozitivliyi izləyicilər tərəfindən maraqla qarşılanıb. Görüntülər qısa müddətdə minlərlə baxış və paylaşım toplayıb.

İstifadəçilər şərhlərdə sənətkarın yaşına baxmayaraq, həyat eşqini qoruyub saxlamasını təqdir ediblər. 

Qeyd edək ki, Ömər Eldarov Azərbaycan təsviri sənətinin görkəmli nümayəndələrindən biri olmaqla yanaşı, bir çox monumental heykəlin müəllifidir. Dilarə Kazımova isə müasir Azərbaycan musiqi səhnəsinin tanınmış simalarındandır. (Musavat.com)
 

Milli.Az