ABŞ Prezidenti Donald Tramp Yeni il arzusunu - bütün dünyada sülhün bərqərar olmasını dilə gətirib.
Milli.Az xəbər verir ki, jurnalistlərin Yeni ildə istəkləri ilə bağlı sualına Tramp qısaca, "Yer üzündə sülh olsun", - deyib.
Qeyd edək ki, ABŞ dövlət başçısı Yeni ili Florida ştatında yerləşən şəxsi iqamətgahında, Mar-a-Laqoda qarşılayıb.
Milli.Az