Müğənni İsrail Məmmədov "Rəngarəng" verilişinin efirində maraqlı etirafları ilə diqqət çəkib.
Milli.Az-ın məlumatına görə, sənətçi bildirib ki, vaxtilə indiki müğənnilərin bir çoxundan daha çox qazanc əldə edib:
"Mən indiki müğənnilərdən də çox qazanmışam. Faktları deyirəm. O qədər tanınmışdım ki, yay fəslinin 3 ayının 91 günündə, demək olar, 110 gün toy oxuyurdum".
İsrail Məmmədov həmin dövrləri bu gün oğlu ilə xatırladığını deyib və yaşadıqlarına özü də təəccübləndiyini vurğulayıb:
"Buna səs və sağlamlıq lazım idi. İndi təəccüblənirəm ki, o vaxt necə oxumuşam. Tək oxuyurdum, "palatka" toyları olurdu".
Müğənninin sözlərinə görə, toylar axşam saat 6-da başlayır, axşama qədər davam edirdi:
"Axşam 6-dan səhər 6-ya kimi toy oxuyurdum. Ona görə də Allahıma şükür edirəm".
Sənətçinin bu açıqlamaları izləyicilər arasında maraqla qarşılanıb və müzakirələrə səbəb olub.
Musa
Milli.Az