Prezident: İqtisadi inkişafda bu il əldə olunmuş uğurlarla fəxr edə bilərik

1 Yanvar 2026 00:03

İqtisadi inkişafa gəldikdə, biz bu il əldə olunmuş uğurlarla fəxr edə bilərik.

Milli.Az AZƏRTAC-a istinadla xəbər verir ki, bunu Prezident İlham Əliyev Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə müraciətində deyib.

Valyuta ehtiyatlarımızın tarixi rekord həddə çatdığını, 80 milyard dollardan artıq olduğunu vurğulayan dövlətimizin başçısı xarici borcumuzun daha da aşağı düşdüyünü, bu gün ümumdaxili məhsulumuzun cəmi 6,3 faizini təşkil etdiyini söyləyib. Bildirib ki, bizim valyuta ehtiyatlarımız xarici borcumuzu 16 dəfə üstələyir.

Milli.Az