Putini sui-qəsd təhlükəsi barədə xəbərdar edənin kimliyi bilindi

31 Dekabr 2025 23:24

Belarus Prezidenti Lukaşenko Putini CAR-a səfəri zamanı sui-qəsd təhlükəsi barədə xəbərdar edib.

Milli.Az-ın məlumatına görə Belarus Prezidenti Aleksandr Lukaşenko bildirib ki, o, Rusiya lideri Vladimir Putini Cənubi Afrika Respublikasına səfəri zamanı mümkün sui-qəsd təhlükəsi barədə xəbərdar edib.

Lukaşenkonun sözlərinə görə Belarus kəşfiyyatı Putin üçün risklər barədə məlumat verib və o, səfərin təhlükəli ola biləcəyini Rusiya prezidentinə çatdırıb.

Prezident Lukaşenko əlavə edib ki, o vaxt Putini tədbirdə iştirak etməməyə təşviq edib.

İsmayıl
Milli.Az