"Porsche" 173 500 avtomobilini geri çağırır.
Milli.Az xəbər verir ki, Alman avtomobil istehsalçısı "Porsche" ABŞ‑də arxa görüntü kamerasında yaranan problem səbəbindən təxminən 173 500 avtomobili geri çağırmağa qərar verib.
Bu barədə ABŞ Milli Yol Hərəkəti Təhlükəsizliyi Administrasiyası (NHTSA) məlumat yayıb.
Bildirilir ki, bəzi modellərdə arxa kamera geri görünüş rejimində düzgün işləmədiyi üçün sürücülərin təhlükəsizliyinə təsir göstərə bilər.
Problem əsasən 2019-2025‑ci il buraxılışlı "Cayenne", "Cayenne E‑Hybrid", "911", "Taycan", 2024-2025‑ci il "Panamera" və 2025‑ci il "Panamera E‑Hybrid" modellərini əhatə edir.
Avtomobil dilerləri nasazlığı aradan qaldırmaq üçün aidiyyəti avtomobillərdə sürücü dəstək sisteminin proqram təminatını pulsuz yeniləyəcəklər.
Qeyd edək ki, bu geri çağırma kampaniyası "Porsche" tərəfindən son illərdə həyata keçirilən ən geniş təhlükəsizlik tədbirlərindən biridir.
İsmayıl
Milli.Az