Türkiyədə qar uçqunu olub - 3 nəfər itkin düşdü - FOTO

31 Dekabr 2025 19:55

Türkiyədə qar uçqunu baş verib.

Milli.Az xəbər verir ki, Artvin vilayətinin Ardanuç rayonuna bağlı Zəkəriyyə kəndində bu səhər qar uçqunu olub və 3 çoban uçqun altında qalaraq itkin düşüb. Qəza zamanı onlar sürüləri ilə birlikdə qarın altında qalıblar. Axtarış‑xilasetmə işləri hadisə yerində davam etdirilir. 

Artvin valisi Turan Ergün bildirib ki, havası sərt olan ərazidə AFAD və digər xilasedici qruplar axtarışlara cəlb edilib. Bir çobanın cəsədi tapılıb, digər ikisini tapmaq üçün axtarışlar davam edir.

Təbii fəlakətlə əlaqədar bölgədə təhlükəsizlik tədbirləri gücləndirilib. 

İsmayıl
Milli.Az