Abşeronda 34 yaşlı kişi dəm qazından boğularaq ölüb.
Milli.Az report-a istinadla xəbər verir ki, hadisə Xırdalan şəhərində qeydə alınıb.
Belə ki, 1991-ci il təvəllüdlü Anar Məmmədov yaşadığı evin hamam otağında dəm qazından boğulub.
Həkimlərin səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı Abşeron rayon prokurorluğunda araşdırma aparılır.
Milli.Az