Cahit Berkay qəza törədib.
Milli.Az xəbər verir ki, "Moğollar" qrupunun məşhur üzvü Cahit Berkay İstanbulun Esenyurt rayonunda idarə etdiyi avtomobili ilə qəza keçirib. Avtomobilin kontroldan çıxaraq yol kənarındakı restorana çırpıldığı bildirilir.
Hadisə zamanı Berkay yüngül xəsarətlərlə qəzadan çıxıb. Restoranda isə böyük miqdarda maddi ziyan yaranıb.
Polis qəzayla bağlı araşdırma aparır.
İsmayıl
Milli.Az