Göyçayda iki avtomobil toqquşub, 5 nəfər müxtəlif dərəcəli bədən xəsarəti alıb.
Milli.Az APA-ya istinadla xəbər verir ki, hadisə rayonun Mırtı kəndi ərazisində qeydə alınıb.
"Mercedes" və "VAZ 2106" markalı minik avtomobillərinin toqquşması nəticəsində 2-i azyaşlı olmaqla, 5 nəfər müxtəlif dərəcəli ağır bədən xəsarətləri alıb.
Yarlılar dərhal təcili tibbi yardım maşınının köməyi ilə Göyçay rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Hadisə yerinə rayonun hüquq-mühafizə orqanları əməkdaşları cəlb olunub.
Hazırda hadisənin baş vermə səbəbləri araşdırılır.
Milli.Az