Bakıda BMW yük maşınına çırpıldı - xəsarət alanlar var

31 Dekabr 2025 17:48

Dekabrın 30-da saat 17:30-da Binəqədi rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

Milli.Az xəbər verir ki, bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin (BŞDYPİ) baş inspektoru Rüstəm Əhmədli məlumat verib.

O qeyd edib ki, 77-BJ-013 dövlət nömrə nişanlı BMW markalı avtomobilin sürücüsü idarəetməni itirib:

"Sürücü əvvəlcə bordürə, daha sonra isə MAN markalı yük maşınına dəyib. Qəza nəticəsində BMW-də olan sürücü və sərnişin xəsarət alıblar. Faktla bağlı araşdırma aparılır".

Milli.Az