"Arsenal"ın hücumçusu Qabriel Jesus İngiltərə Premyer Liqasının tarixinə düşüb.
Milli.Az oxu.az-a istinadən xəbər verir ki, məşhur futbolçu "Aston Villa" ilə qarşılaşmada əvəzetmədən meydana çıxdıqdan cəmi 55 saniyə sonra qol vurub. O bu göstəriciyə görə cəmi iki futbolçudan geri qalır.
Premyer Liqa tarixində evəzetmədən meydana çıxan oyunçular arasında Jesusdan tez qol vuranlar Doniell Malen ("Aston Villa", 32-ci saniyə) və Enes Ünal ("Bornmut", 53 saniyə) olublar.
Qeyd edək ki, "Arsenal" dünən öz meydanında "Aston Villa"nı 4:1 hesabı ilə məğlub edərək, Premyer Liqada liderliyini möhkəmlədib.
Milli.Az