Bu ölkələrə nar satırıq

31 Dekabr 2025 21:45

Cari ilin yanvar-noyabr aylarında Azərbaycandan xaricə 31 milyon 365.18 min dollar dəyərində 32 min 107.11 ton nar satılıb.

Milli.Az rəsmi statistikaya istinadən xəbər verir ki, bu, ötən ilin analoji dövründəki göstəricilərindən dəyər baxımından təxminən 5.6 milyon dollar, miqdar baxımından 2.75 min ton çoxdur.

2024-cü ilin 11 ayında ölkədən 25 milyon 767.72 min dollar dəyərində 29 min 359.58 ton nar ixrac edilib.

2025-ci ilin yanvar-oktyabr aylarında Azərbaycandan ən çox nar alan ölkə Rusiya olub. 10 ayda Rusiyaya 17 milyon 352 min dollar dəyərində 17 min 502 ton nar ixrac edilib.

Azərbaycandan nar alan ölkələr sırasında Gürcüstan, Ukrayna, Qazaxıstan, Birləşmiş Ərəb Əmirlikləri, Belarus, Moldova və Kanada yer alıb.

10 ayda Azərbaycana 146 min dollar dəyərində 71.23 ton nar idxal edilib.

Milli.Az