Milad filmləri arasında xüsusi yer tutan "Evdə tək" filminin baş rol ifaçısı Makoley Kalkin pərəstişkarlarına müraciət edərək şəxsi sərhədlərlə bağlı bəzi qaydalar açıqlayıb.
Milli.Az xəbər verir ki, bu barədə "New York Post" məlumat yayıb.
Aktyor bildirib ki, yemək zamanı ona yaxınlaşılmasını xoşlamır və bu cür hallardan narahat olur. O, xüsusilə uşaqları ilə birlikdə olduğu vaxtlarda pərəstişkarların ona yaxınlaşmamasını xahiş edib.
Kalkin həmçinin tualetə gedərkən izlənilməyin yolverilməz olduğunu vurğulayıb və bunun qəti şəkildə qəbulolunmaz olduğunu deyib.
Aktyor ailəsi ilə vaxt keçirərkən şəxsi məkanına hörmət edilməsini istəyib.
Qeyd edək ki, rejissor Kris Kolambusun çəkdiyi "Evdə tək" filmi 1990-cı ildə ekranlara çıxıb. Film bütün dövrlərin ən çox gəlir gətirən komediya filmlərindən biri kimi Ginnesin Rekordlar Kitabına daxil edilib. Makoley Kalkin ekran işində Kevin Makkallister obrazını canlandırıb.
Milli.Az