Futbol əfsanəsi Roberto Karlos ürək əməliyyatı keçirib.
Milli.Az xəbər verir ki, Braziliya və "Real Madrid"in keçmiş müdafiəçisi Roberto Karlos Braziliyada istirahət edərkən tibbi müayinələr zamanı ürək problemi aşkarlandığı üçün xəstəxanaya yerləşdirilib.
Məlum olub ki, ürəyində funksional çatışmazlıq mövcuddur və dərhal əməliyyat olunub.
Planlaşdırılan 40 dəqiqəlik prosedur təxminən üç saat davam edib və uğurla başa çatıb. Hazırda futbolçu həkim nəzarəti altında müalicə olunur və təhlükədən kənardadır. Roberto Karlos özü də fanatlarına "İndi yaxşıyam" mesajı göndərib.
Həkimlər onun vəziyyətini diqqətlə izləyirlər və yaxın günlərdə xəstəxanadan çıxması gözlənilir. Bu, 2025-ci ildə Karlos üçün ikinci sağlamlıq narahatlığıdır, lakin hazırki məlumatlar onun stabilləşdiyini göstərir.
İsmayıl
Milli.Az