ABŞ-də güclü zəlzələ oldu

31 Dekabr 2025 12:50

ABŞ-nin Kaliforniya ştatının şimalında 5 maqnitudalı zəlzələ qeydə alınıb.

Milli.Az xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinin məlumatında deyilir.

Yeraltı təkanların episentri 121 min əhalisi olan Çiko şəhərindən 135 km şimal-şərqdə yerləşib. Zəlzələ ocağının dərinliyi 10 km olub. /"Report"

Milli.Az