Özündən 34 yaş kiçik sevgilisindən AYRILDI - FOTOlar

31 Dekabr 2025 14:42

69 yaşlı kino ulduzu Mel Gibson və 35 yaşlı ssenarist Rosalind Ross doqquz illik münasibətlərdən sonra ayrılıblar.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, "People" cütlüyün eksklüziv açıqlamasına istinadən bu barədə məlumat yayıb.

"Həyatımızın bu fəslini bağlamaq kədərli olsa da, gözəl bir oğlumuz üçün ən yaxşı valideyn olmağa davam edəcəyik", - deyə cütlük bildirib.

Onların təxminən bir il əvvəl münasibətlərinə son qoymaq qərarına gəldiyi və heç bir inciklik hiss etmədən ayrıldığı məlum olub.

Xatırladaq ki, Gibson və Ross 2014-cü ildə ortaq dostlar vasitəsilə tanış olublar. 2017-ci ildə onların Lars adlı oğlu dünyaya gəlib.

Larsdan başqa, Mel Gibsonun əvvəlki münasibətlərindən səkkiz övladı var.

Milli.Az