Afrika Millətlər Kuboku: Bir matçda 3 qapıçı ilə oynadılar

31 Dekabr 2025 12:38

Afrika Millətlər Kubokunda Nigeriya ilə qrup mərhələsi matçında Uqandanın heyətində üç qapıçı oynayıb.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, turnir Mərakeşdə keçirilir.

Matçın start heyətində oynayan qapıçı 56-cı dəqiqədə zədə səbəbindən əvəzlənib. Lakin ikinci qolkiper cərimə meydançası xaricində əllə oynadığı üçün oyuna daxil olduqdan 11 dəqiqə sonra meydandan qovulub. Çıxılmaz vəziyyətdə qalan baş məşqçi oyunçulardan birini üçüncü qapıçı ilə əvəzləyib.

Matç 3-1 hesabı ilə qrup lideri olan Nigeriyanın xeyrinə başa çatıb. Uqanda cəmi 1 xalla yarışından kənarda qalıb.

Milli.Az