Qəzzada yeni hökumətin qurulması üçün şərtini açıqladı

31 Dekabr 2025 10:41

İsrailin Baş naziri Beniyamin Netanyahu Qəzza zolağında gələn il yeni hökumətin formalaşdırılmasının yalnız HAMAS-ın tərksilah edilməsi şərti ilə mümkün olduğunu bildirib.

Milli.Az xəbər verir ki, o, bu fikri Fox News telekanalına müsahibəsində səsləndirib.

"Qəzzada yeni hökumət HAMAS tərksilah edilərsə mümkündür", - deyə Netanyahu qeyd edib.

Baş nazirin sözlərinə görə, HAMAS-ın silahlı potensialı qaldığı müddətdə Qəzza anklavında hər hansı "potensial yeni hökumət" fəaliyyətə başlaya bilməz. /APA 

Milli.Az