Azərbaycan klubunun oyunçusu Osimhenlə VİDEO paylaşdı

31 Dekabr 2025 00:51

"Karvan-Yevlax"ın nigeriyalı oyunçusu Qavi Tompson həmyerlisi, ulduz futbolçu Viktor Osimhenlə video paylaşıb.

Milli.Az xəbər verir ki, o, bu video ilə "Qalatasaray"ın forvardının doğum gününü təbrik edib. 

Paylaşıma isə bu sözləri yazıb: "Uzun ömür və xeyirli günlər".

Qeyd edək ki, Qavi Tompson bu ilin iyul ayında "Karvan-Yevlax"a transfer olub. 

Milli.Az