Uzun sürən xəstəlikdən sonra vəfat edən meyxanaçı Ağakərimin dəfn mərasimindən yayılan video sosial şəbəkələrdə izləyənləri kövrəldib.
Milli.Az xəbər verir ki, mərasim zamanı mərhum söz ustasının oğlu jurnalistlərə açıqlama verərkən gözləri dolub.
O, atasının itkisi ilə barışmağın çətin olduğunu deyərək hamını duyğulandırıb:
"Atamın qoxusu üçün darıxacam..." - deyən gənc sözünü davam etdirə bilməyib və kövrəlib.
İzləyicilər mərhum meyxanaçıya Allahdan rəhmət, ailəsinə isə səbr diləyiblər.
Qeyd edək ki, Ağakərim Azərbaycan meyxana sənətində özünəməxsus üslubu və sözləri ilə tanınan simalardan biri olub. Onun vəfatı sənət cameəsində və sevənləri arasında dərin üzüntü ilə qarşılanıb. Səhhətində problem yaranan meyxanaçı Ağakərim (Kərim Novruzov) insult keçirmişdi.
Musa
Milli.Az