Məşhur futbolçu karyerasını sonlandırdı

30 Dekabr 2025 22:34

"Yuventus" və "Barselona"nın sabiq yarımmüdafiəçisi Miralem Pyaniç peşəkar karyerasını başa vurduğunu elan edib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bosniyalı futbolçu artıq yaşıl meydanlara vida etdiyini bildirib.

"Artıq oynamayacağam, karyeramı bitirdim. İndi Dubayda yaşayıram və artıq futbolçu deyil, övladımın atasıyam. Hazırda mənim üçün prioritet ailəmdir", - deyə o söyləyib.

Xatırladaq ki, M. Pyaniç karyerası ərzində "Roma", "Yuventus" və "Barselona" kimi nəhəng klubların formasını geyinib. O, həmçinin 2021/2022 mövsümündə icarə əsasında Türkiyənin "Beşiktaş" klubunda çıxış edib. Təcrübəli yarımmüdafiəçinin son klubu BƏƏ-nin "Şarja" komandası olub.

Milli.Az