Məşhur türkiyəli aktrisa arıqlayıb BELƏ OLDU - VİDEO

1 Yanvar 2026 12:12

Üç uşaq anası olan məşhur türkiyəli aktrisa Bergüzar Korel son görüntüsü ilə diqqət mərkəzinə düşüb.

Milli.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, aktrisanın xeyli arıqlaması sosial şəbəkələrdə marağa səbəb olub. Yeni videosu yayılan aktrisanın dəyişimi izləyicilər tərəfindən böyük maraqla qarşılanıb. Pərəstişkarları sənətçiyə çoxsaylı təriflər yazaraq onun daha gümrah və formada göründüyünü qeyd ediblər.

İzləyicilər aktrisanın həm fiziki görünüşünü, həm də ana olmasına baxmayaraq özünə vaxt ayırmasını yüksək qiymətləndiriblər. Bir çoxları bu dəyişimi iradə və sağlam həyat tərzinin nəticəsi kimi dəyərləndirib.

Qeyd edək ki, Bergüzar Korel illər əvvəl baş rolda çəkildiyi "1001 gecə" serialı ilə böyük şöhrət qazanmışdı. Sözügedən serial təkcə Türkiyədə deyil, Azərbaycanlı izləyicilər arasında da geniş populyarlıq əldə etmişdi.

Aktrisa bu gün də həm sənət fəaliyyəti, həm də şəxsi həyatı ilə diqqət mərkəzində olmağa davam edir.

Musa
Milli.Az