Ucarda kişi dəm qazından öldü

30 Dekabr 2025 19:36

Ucarda ölümlə nəticələnən bədbəxt hadisə baş verib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə şəhərin Nəriman Nərimanov küçəsində qeydə alınıb.

Belə ki, rayon sakini, 1971-ci il təvəllüdlü Əhmədov Rasim Mirəddin oğlu yaşadığı evdə dəm qazından zəhərlənərək ölüb.

Faktla bağlı Ucar rayon Prokurorluğunda araşdırma aparılır.

Milli.Az