"Koroğlu"da qəza oldu - Ölən var

30 Dekabr 2025 19:08

Bakıda ölümlə nəticələnən yol qəzası olub.

Milli.Az lent.az-a istinadən xəbər verir ki, hadisə "Koroğlu" metrostansiyası yaxınlığında qeydə alınıb.

Sərnişin avtobusu idarəetmədən çıxaraq, digər nəqliyyat vasitələrinə çırpılıb. Nəticədə 74 yaşlı sərnişin Moçalova Anna Vasilyevna xəsarət alaraq, Sabunçu Tibb Mərkəzinə yerləşdirilib. Lakin görülən tədbirlərə rəğmən onu xilas etmək mümkün olmayıb.

Araşdırma aparılır.

Milli.Az