Azərbaycan ilə Türkiyə arasında peşə təhsili sahəsində əlavə protokol təsdiqlənib

30 Dekabr 2025 16:08

Azərbaycan ilə Türkiyə arasında arasında peşə təhsili sahəsində əlavə protokol təsdiqlənib.

Milli.Az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Qanun imzalayıb.

Qanuna əsasən, 2025-ci il sentyabrın 23-də Bakı şəhərində imzalanmış "Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında peşə təhsili sahəsində əməkdaşlığa dair 2021-ci il 19 fevral tarixli Protokola Əlavə Protokol" təsdiq edilib.

Milli.Az