"Kısmetse Olur" müsabiqə tipli verilişin iştirakçısı Rabia Karaca narkotik işi üzrə saxlanılıb.
Milli.Az xəbər verir ki, İstanbul Cumhuriyyət Prokurorluğu tərəfindən aparılan istintaq çərçivəsində Rabia Karaca polis idarəsinə aparılıb.
Saxlanılanlar arasında Süzer Holding İdarə Heyətinin üzvü Ali Baran Süzer, sosial media fenomenləri Şebnem İnan və Nilay Didem Kılavuz, rapçi Ege Karataş və Miss Türkiyə 2016 Buse İskenderoğlu da var.
Rabia Karaca verilişdə Gökhanla yaşadığı münasibətlə diqqət çəkmişdi. Estetik əməliyyatlardan sonra görünüşü tam dəyişmişdi.
İsmayıl
Milli.Az