Milli Məclis Prezident və Birinci vitse-prezidentə təbrik məktubu ünvanlayıb

30 Dekabr 2025 12:55

Milli Məclis Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevaya Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə təbrik məktubu ünvanlayıb.

Milli.Az xəbər verir ki, Milli Məclisin sədri Sahibə Qafarova parlamentin 2025-ci il payız sessiyasının sonuncu plenar iclasında təbrik məktubu ünvanlanması təklifi ilə çıxış edib.

Təklif alqışlarla qəbul edilib.

Milli.Az