"Real" onunla bağlı qərar verdi

30 Dekabr 2025 13:10

"Real Madrid" klubu yarımmüdafiəçi Franko Mastantuononu qış transfer pəncərəsində nə satmaq, nə də icarəyə göndərmək niyyətində deyil.

Milli.Az xarici mətbuata istinadən xəbər verir ki, bir sıra Avropa klubları, o cümlədən "Napoli" argentinalı futbolçunun icarəyə götürülməsi variantını nəzərdən keçirsə də, Madrid təmsilçisi bu təkliflərə müsbət yanaşmayıb.

Bildirilir ki, baş məşqçi Xabi Alonso Mastantuononu klubun uzunmüddətli planlarının vacib fiqurlarından biri kimi görür. Məhz bu səbəbdən də gənc futbolçunun komandadan ayrılmasına icazə verilməyib.

Qeyd edək ki, Franko Mastantuono "Real Madrid"ə "River Plate"dən transfer olunduqdan sonra birbaşa əsas heyətə cəlb edilib və Çempionlar Liqasında debüt edib. O, həmçinin "Real Madrid"in La Liqa tarixində ən gənc qol vuran futbolçulardan biri kimi adını tarixə yazdırıb. Daha sonra aldığı qasıq nahiyəsi zədəsi onun bir müddət əsas heyətdən kənarda qalmasına səbəb olub.

Argentinalı yarımmüdafiəçi cari mövsümdə bütün turnirlər üzrə 14 oyunda forma geyinib, 1 qol vurub və 1 məhsuldar ötürmə ilə yadda qalıb.

Hüseyn
Milli.Az