Qusar Rayon İcra Hakimiyyətində kadr dəyişikliyi olub.
Milli.Az xəbər verir ki, İqtisadiyyat.az-ın əldə etdiyi məlumata görə, bununla bağlı icra başçısı Sahir Məmmədxanov əmrlər imzalayıb.
Məlumata görə, RİH-in Aparıcı məsləhətçisi - Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın uşaqlarla iş üzrə məsləhətçi-psixoloqu Kamran Sədullayev vəzifəsindən azad olunub.
O, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı vəzifəsinə təyin edilib.
Milli.Az