Futbol üzrə Fransa millisinin sabiq üzvü Qael Klişi "Kann" klubunun baş məşqçisi postuna gətirilib.
Milli.Az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Fransa təmsilçisinin rəsmi internet saytı açıqlama yayıb. Bildirilir ki, klub rəhbərliyi komandanın sükanını məhz Klişiyə etibar edib.
Xatırladaq ki, Qael Klişi futbolçu karyerası ərzində "Arsenal" və "Mançester Siti" kimi tanınmış klublarda çıxış edib. Peşəkar futbolçu karyerasını başa vurduqdan sonra isə "İstanbul Başakşehir"də oyunçu-məşqçi kimi fəaliyyət göstərib.
Bundan sonra Klişi Fransanın 21 yaşadək futbolçulardan ibarət milli komandasında baş məşqçi Tyerri Anrinin köməkçisi vəzifəsində çalışıb.
Qeyd edək ki, "Kann" klubunun əsas səhmdarı Fransa millisinin və "Real Madrid"in hücumçusu Kilian Mbappedir. Komanda hazırda Fransanın üçüncü liqasında mübarizə aparır.
Hüseyn
Milli.Az