Hormonları pozur, xərçəng yaradır: Qiymətində 10 qəpik fərq var

30 Dekabr 2025 12:00

Plastik şüşədəki suyun sağlamlığa daha zərərli olduğu açıqlanıb.

Milli.Az xəbər verir ki, Elmi araşdırmalar plastik şüşələrdə satılan suyun kran suyuna nisbətən sağlamlıq üçün daha riskli ola biləcəyini göstərib.

Araşdırmalara görə gündəlik su tələbatını yalnız plastik şüşələrdən qarşılayan insanlar kran suyu içənlərlə müqayisədə orqanizmlərinə on minlərlə dəfə daha çox mikroplastik qəbul edir.

İl ərzində yalnız plastik qablaşdırılmış su içən bir şəxs orta hesabla təxminən 90.000 mikroplastik hissəciyi udur. Yalnız kran suyu istifadə edənlərdə isə bu göstərici 4.000 ətrafında qalır. Alimlər bildirirlər ki, orta hesabla insan il ərzində qida, içki və hava yolu ilə 120.000-ə qədər mikroplastik hissəciyinə məruz qala bilər və plastik şüşə su bu riski əhəmiyyətli dərəcədə artırır.

Mütəxəssislərin sözlərinə görə, çirklənmənin əsas mənbəyi suyun özü deyil, onu saxlayan plastik qablaşdırmadır. Şüşə qapaqlarında istifadə olunan polipropilen və PET materialları zamanla parçalanaraq suya mikroskopik plastik hissəciklər buraxır. Günəş işığı, temperatur dəyişiklikləri və istehsal prosesindəki texniki amillər bu prosesi sürətləndirir.

Araşdırmalarda xüsusilə "nanoplastik" adlandırılan, ölçüsü 1 mikrondan da kiçik olan hissəciklərin təhlükəsinə diqqət çəkilir. Bu hissəciklərin hüceyrə baryerlərini keçə bildiyi, qan dövranına qarışdığı və orqanlarda toplandığı bildirilir. Alimlər bu vəziyyəti ani deyil, uzunmüddətli və xroniki zəhərlənmə prosesi kimi qiymətləndirirlər.

Mütəxəssislər mikro və nanoplastiklərin uzunmüddətli perspektivdə xroniki iltihab, immun sisteminin zəifləməsi, hormonal pozuntular, eləcə də onkoloji və nevroloji xəstəliklər riskini artıra biləcəyini vurğulayırlar. Bu səbəbdən imkan daxilində şüşə qablaşdırmadan istifadə edilməsi və etibarlı mənbələrdən kran suyuna üstünlük verilməsi tövsiyə olunur.

İsmayıl
Milli.Az