Messi üçün xüsusi buts hazırlayırlar - FOTOlar

30 Dekabr 2025 15:30

Lionel Messi üçün DÇ-2026-ya özəl butslar hazırlanır.

Milli.Az xarici mətbuata istinadən xəbər verir ki, "Adidas" brendi 2026-cı il dünya çempionatında iştirak edəcək Argentina millisinin kapitanı Lionel Messi üçün xüsusi dizayn edilmiş yeni butslar üzərində çalışır.

"El Ultimo Tango" ("Sonuncu tanqo") adlanacaq ayaqqabılar Argentina yığmasına ehtiram əlaməti olaraq əsasən ağ rəngdə olacaq, dizaynda isə qızılı və mavi-göy detallara yer veriləcək.

Bildirilir ki, sözügedən butsların 2026-cı ilin iyun ayında satışa çıxarılması planlaşdırılır. Modellə bağlı seçilən ad isə dünya çempionatının Messinin peşəkar karyerasında son mundial ola biləcəyinə işarə kimi qiymətləndirilir.

Hüseyn
Milli.Az