"Qalatasaray"ın keçmiş direktoru saxlanıldı - FOTO

30 Dekabr 2025 10:51

Türkiyə futbolunda danışılmış oyunlar və qanunsuz mərc fəaliyyəti ilə bağlı aparılan istintaq davam edir.

Milli.Az xəbər verir ki, "Qalatasaray" klubunun keçmiş idman direktoru Erden Timur da istintaq çərçivəsində saxlanılıb.

Bildirilib ki, həmin istintaq çərçivəsində daha 19 nəfər həbs edilib.

Qeyd olunur ki, Erden Timurla bağlı iş mərc oyunları üzrə aparılan əsas istintaqdan ayrılıb və İstanbul Prokurorluğunun Terrorçuluğun Maliyyələşdirilməsi və Cinayət Gəlirlərinin Leqallaşdırılması Bürosuna göndərilib.

Fidan
Milli.Az