Minlərlə insan işsiz qaldı - Avtomobil sektorunda daha bir iflas

30 Dekabr 2025 09:05

Almaniyada avtomobil sektorunda daha bir iflas qeydə alınıb.

Milli.Az xəbər verir ki, Yeni il ərəfəsində Almaniyanın avtomobil sənayesində daha bir iflas xəbəri yayılıb.

Avtomobil sənayesi üçün plastik hissələr istehsal edən "Diepersdorf" Plastik İstehsal şirkəti iflas üçün müraciət edib.

Məlumata görə, şirkətin iflas prosesi təxminən 1.000 işçini birbaşa təsir altına sala bilər.

Rəsmi qurumlar bildiriblər ki, iflas proseduru çərçivəsində işçilərin maaşları qısa müddətdə dövlət mexanizmləri vasitəsilə təmin olunub. Bu addım şirkətin fəaliyyətinin tam dayanmasının qarşısını almaq məqsədi daşıyır.

Şirkət rəhbərliyinin avtomobil istehsalçıları və digər tərəfdaşlarla danışıqlar apardığı, istehsalın davam etdirilməsi və mümkün yenidənqurma variantlarının müzakirə olunduğu qeyd edilir. İflas prosesinin necə nəticələnəcəyi yaxın aylarda məlum olacaq.

Qeyd edək ki, Diepersdorf Almaniya avtomobil sənayesi üçün vacib tədarükçülərdən biri hesab olunur və radiator barmaqlıqları, güzgü örtükləri, sükan qoruyucuları kimi plastik hissələr istehsal edir.

İsmayıl
Milli.Az