İnsanların 5 deyil, 33 duyğusu ola bilər: Elmdə inqilab

30 Dekabr 2025 07:35

Yüz illərdir ki, biz dünyanı görmə, eşitmə, qoxu, dad və toxunma vasitəsilə qavradığımızı düşünürük. Lakin müasir tədqiqatlar göstərir ki, bu siyahı insan təcrübəsinin böyük bir hissəsini kənarda qoyur.

Milli.Az xəbər verir ki, Qlazqo Universitetinin "Duyğuları Yenidən Düşünmək" (Rethinking the Senses) layihəsinin tədqiqatçıları bildirirlər ki, aşağıdakı sistemlər də müstəqil duyğular kimi qəbul edilməlidir:

Oksford Universitetinin neyrobioloqu Çarlz Spens qeyd edir ki, bizim "dad" dediyimiz hiss əslində bir neçə duyğunun sintezidir. Dilimiz yalnız 5 təməl dadı (şirin, duzlu, turş, acı, umami) ayırd edə bilir. Çiyələk və ya qəhvə kimi mürəkkəb aromalar çeynəmə zamanı burun boşluğuna sızan qoxu molekulları ilə yaranır. Toxunma duyusu isə qidanın sərtliyini və ya kremsi quruluşunu bizə ötürür.

Təcrübələr göstərir ki, duyğularımız bir-biri ilə sıx əlaqədədir:

Eşitmə və Çəki: Yeriyərkən ayaq səsləri dəyişdirildikdə, insanlar özlərini daha yüngül və ya daha ağır hiss edirlər.

Səs və Dad: Təyyarədəki güclü səs-küy şirin və duzlu dadları zəiflədir, lakin umami (ləzzət) hissini gücləndirir. Təyyarə səfərlərində tomat şirəsinin daha ləzzətli gəlməsinin sirri də budur.

Lalə Qüdrətova
Milli.Az