Ötən ay Bakı şəhəri Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı təyin edilən Elxan İbrahimovun işdən çıxarılması haqda bəzi detallar məlum olub.
Milli.Az "Unikal"a istinadən xəbər verir ki, E.İbrahimov özəl şirkətlərdən qeyri-qanuni pul yığdığına görə vəzifəsindən azad edilib.
Onun Nəsimi rayonunda yerləşən iri şirkətlərdən 100-200 min manat pul yığdığı məlum olub.
Qeyd edək ki, bir neçə gün əvvəl E.İbrahimovun yeni təyin etdiyi köməkçisi Ceyhun İsmayılov da elə məhz bu məsələyə görə işdən çıxarılıb.
Milli.Az