Rəqqasə Röya Əliyeva həmkarı Fatimə Fətəliyeva ilə yaşanan qalmaqala münasibət bildirib və baş verənlərlə bağlı öz mövqeyini açıqlayıb.
Milli.Az-ın məlumatına görə, sənətçi qeyd edib ki, uzun illərdir peşəkar səhnədə fəaliyyət göstərir:
"Mən peşəkar rəqqasəyəm, 32 ilə yaxındır professional səhnədəyəm. İndiyə qədər İlhamın tərəf-müqabili olan rəqqasələr arasında özümdən başqa savadlı, təhsilli sənətçi görməmişəm. Biz vaxtilə bir-birimizə dəstək olmuşuq, birlikdə tanınmışıq".
Röya Əliyeva bildirib ki, efirdə yaşanan hadisə planlı olmayıb: "Bilirdim ki, həmin xanım efirə gələcək. Ona görə də əvvəlcədən çıxışımı edib, gedəcəyimi demişdim. Eyni səhnəni paylaşmaq istəmirdim. Çünki hər zaman qarşı tərəfdən paxıllıq görmüşəm".
Rəqqasə iddia edib ki, yaşananlar təkcə efirlə məhdudlaşmayıb:
"Qalmaqallar zamanı onun anası belə mənə zəng edib, nələr demişdi, lazımsız sözlər idi. Ümumiyyətlə, həmin şəxsin neçə-neçə insanla qalmaqalı var. Efirdə gərginlik yaransın deyə aparıcı da dediklərimi nəzərə almadı".
Röya Əliyeva vurğulayıb ki, bu mövzu onun üçün artıq bağlanıb:
"O qalmaqal mənim üçün bitib. Elə hadisələr olur ki, bağışlanası olmur. Mən onsuz da həmin verilişdən gedəcəkdim. Sonradan elə təqdim etdilər ki, guya o xanımı görüb getmişəm".
Sənətçinin bu açıqlamaları sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub və müxtəlif reaksiyalar doğurub.
Musa
Milli.Az