Azərbaycan və Oman arasında diplomatik pasport sahiblərinin vizadan qarşılıqlı azad edilməsi haqqında Saziş təsdiqlənib

29 Dekabr 2025 15:56

Azərbaycan və Oman arasında diplomatik pasport sahiblərinin vizadan qarşılıqlı azad edilməsi haqqında Saziş təsdiqlənib.

Milli.Az xəbər verir ki, bununla bağlı Preizdent İlham Əliyev Qanun imzalayıb.

Qanuna əsasən, 2025-ci il oktyabrın 29-da Məsqət şəhərində imzalanmış "Azərbaycan Respublikası Hökuməti ilə Oman Sultanlığı Hökuməti arasında diplomatik, xüsusi və xidməti pasport sahiblərinin vizadan qarşılıqlı azad edilməsi haqqında Saziş" təsdiq edilsin.

Milli.Az