Azərbaycan ilə Türkiyə arasında təhsil sahəsində əməkdaşlıq haqqında Sazişə Əlavə Protokol təsdiqlənib

29 Dekabr 2025 15:52

"Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında təhsil sahəsində əməkdaşlıq haqqında 2017-ci il 31 oktyabr tarixli Sazişə Əlavə Protokol" təsdiqlənib.

Milli.Az xəbər verir ki, bununla bağlı Preizdent İlham Əliyev Qanun imzalayıb.

Qanuna əsasən, 2025-ci il sentyabrın 23-də Bakı şəhərində imzalanmış "Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında təhsil sahəsində əməkdaşlıq haqqında 2017-ci il 31 oktyabr tarixli Sazişə Əlavə Protokol" təsdiq edilib.

Milli.Az