Sumqayıtda bina yanır - Sakinlər təxliyə edilirlər - VİDEO

29 Dekabr 2025 14:01

Sumqayıt şəhərində yaşayış binası yanır.

Milli.Az xəbər verir ki, alovlanma şəhərin 18-ci mikrorayonu, 31 saylı binanın 3-cü mərtəbəsində başlayıb.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin canlı qüvvə və texnikaları cəlb olunub.

Yanğına görə bina sakinləri təxliyə olunurlar.(Oxu.az)

Milli.Az