Prezident 2026-cı ilin dövlət büdcəsini təsdiqlədi

29 Dekabr 2025 13:36

"2026-cı il dövlət büdcəsi haqqında" qanunu təsdiqlənib.

Milli.Az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Fərman imzalayıb.

Qanuna əsasən, Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsinin gəlirləri 38 609 000,0 min manat, xərcləri 41 703 600,0 min manat məbləğində olacaq.

Qanun 2026-cı il yanvarın 1-dən qüvvəyə minir.

Milli.Az