Azərbaycanda polkovnik vəfat etdi - FOTO

29 Dekabr 2025 21:32

Daxili Qoşunların Hərbi Hospitalına uzun müddət rəhbərlik etmiş tibb xidməti polkovniki Mirtənzil Seyidov vəfat edib.

Milli.Az Bakıvaxtı.az-a istinadən xəbər verir ki, bu barədə onun yaxınları məlumat veriblər.

Qeyd edək ki, mərhum 1951-ci ildə Ağsu rayonunun Pirhəsənli kəndində anadan olub. O, uzun müddət daxili işlər və ədliyyə orqanlarında müxtəlif vəzifələrdə xidmət edib.

Milli.Az