Qazaxda MAXE yol qəzasında həlak oldu - FOTO

29 Dekabr 2025 12:10

Qazaxda yol-nəqliyyat hadisəsi baş verib.

Milli.Az "Unikal"a istinadən xəbər verir ki, qəza nəticəsində 2003-cü il təvəllüdlü Səbuhi Əliyev həyatını itirib.

S.Əliyev MAXE idi və işğaldan azad olunmuş ərazilərdə xidmət edirdi.

Qeyd edək ki, mərhum bu gün Qazax rayonu Qaymaqlı kəndində torpağa tapşırılıb.

Milli.Az