Yeni ilin məşhur salatı ilə bağlı dietoloqdan xəbərdarlıq

29 Dekabr 2025 11:30

Balıq ilə hazırlanmış "şuba" salatı sağlamlıq üçün bəzi risklər yarada bilər

Milli.Az xəbər verir ki, bunu rusiyalı dietoloq Yekaterina Solomatina deyib.

Dietoloqun sözlərinə görə salatın tərkibində olan məhsullar ayrı-ayrılıqda faydalıdır, amma birlikdə həzmi çətinləşdirir. Siyənək balığı, tərəvəzlər və mayonez bir yerdə istifadə olunduqda mədəyə əlavə yük düşür. Tərəvəzlərdə nişasta çoxdur, mayonez isə yağlıdır. Bu qarışım bayram süfrəsindən sonra narahatlıq yarada bilər.

Solomatina qeyd edib ki, bu salatı tez-tez yemək məsləhət deyil. Onun fikrincə, əgər yeyiləcəksə, az miqdarda və nadir hallarda istifadə olunmalıdır.

Mütəxəssislər bayram günlərində hərəkətli olmağı da tövsiyə edirlər. Gəzinti, xizək sürmək və ya üzgüçülük kimi fəaliyyətlər həm həzmi yüngülləşdirə, həm də şişkinliyin qarşısını ala bilər.

Qeyd edək ki, Azərbaycanda əsasən sözügedən salatı toyuq filesi ilə hazırlayırlar.

İsmayıl
Milli.Az