"İki nəfərə hər ay 10 kq ƏT ALIRIQ"

29 Dekabr 2025 12:50

Əməkdar artist Sevinc Sarıyeva son açıqlaması ilə müzakirələrə səbəb olub.

Milli.Az xəbər verir ki, xanəndə verdiyi açıqlamada ailəsinin aylıq qida xərclərindən danışaraq diqqət çəkən fikirlər səsləndirib.

O, bildirib ki, iki nəfərlik ailə üçün hər ay 10 kiloqram ət aldıqlarını deyəndə çoxları buna inanmaqda çətinlik çəkir.

Sevinc Sarıyevanın sözlərinə görə, süfrələrində təkcə ət məhsulları deyil, balıq və xüsusi gətirilən kənd toyuğu da yer tutur. Xanəndə qeyd edib ki, kənd toyuğu və balıq əsasən xüsusi sifarişlə gətirilir və bu da gündəlik qidalanmada mühüm rol oynayır.

Əməkdar artistin bu açıqlaması sosial şəbəkələrdə müxtəlif reaksiyalara səbəb olub. Bəzi istifadəçilər bunu normal qarşılasa da, digərləri belə xərclərin hər kəs üçün əlçatan olmadığını bildiriblər. Sevinc Sarıyevanın səmimi etirafı isə qısa zamanda geniş müzakirə mövzusuna çevrilib.

Hüseyn
Milli.Az