Biləsuvarda yanacaq maşını aşdı - Xəsarət alan var

29 Dekabr 2025 10:44

Billəsuvarda yanacaq maşını aşıb.

Milli.Az xəbər verir ki, hadisə köhnə Ələt-Astara magistralında baş verib.

1994-cı il təvəllüdlü Ruhin Baxşəlixanlının idarə etdiyi yanacaqla dolu yük avtomobili idarəetmədən çıxaraq yol kənarına aşıb.

Xəsarət alan sürücü rayon mərkəzi xəstəxanasına hospitalizasiya olunub.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az