Bu da Tom Kruzun QIZI - FOTO

29 Dekabr 2025 12:00

Hollivud ulduzu Tom Kruzun 19 yaşlı qızı Suri Kruz Milad bayramı günlərini anası Keti Holmsla birlikdə Nyu-Yorkda keçirir.

Milli.Az-ın məlumatına görə, ana və qız Nyu-York küçələrində alış-veriş zamanı paparassilərin obyektivinə tuş gəlib. Hazırda Karnegi Mellon Universitetində ikinci kursda təhsil alan Suri qış tətili münasibətilə evə qayıdıb.

Gəzinti zamanı Suri yaşıl rəngli gödəkçə, cins şalvar, qəhvəyi ayaqqabı və qırmızı çanta ilə görüntülənib. Keti Holms isə əlində hədiyyə paketləri ilə bej palto, qırmızı şalvar və ona uyğun qış papağı seçimi ilə diqqət çəkib.

Xatırladaq ki, Suri Kruz Keti Holmsun yeganə övladıdır və atası Tom Kruzla münasibəti yoxdur. Aktrisa 2012-ci ildə məşhur aktyordan ayrıldıqdan sonra qızını tək böyüdüb və onu illərdir atasından uzaq tutmağa çalışır.

Milli.Az