Azərbaycan benzinini almaq Ermənistan vətəndaşları üçün çox sərfəlidir, öyrənmişəm ki, növbələr də var.
Milli.Az report-a istinadən xəbər verir ki, bu barədə Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan İctimai Televiziyada məlumat verib.
"Sülh yaranıb, əməkdaşlıq cəhdləri var, amma bu o demək deyil ki, biz lazımi yolu başa vurmuşuq", - nazir bildirib.
Ararat Mirzoyan əlavə edib ki, Ermənistan Azərbaycanla birbaşa ticarətin qurulmasını müzakirə edir: "İnanıram ki, biz sülhün institutlaşdırılması istiqamətində və təcrübəyə əsaslanan əməkdaşlıqda nə qədər irəliləsək, cəmiyyətimizdə mövcud olan psixoloji çətinlikləri bir qədər kənara qoysaq, belə ssenarilər bir o qədər reallaşacaq".
Qeyd edək ki, Azərbaycan 22 vaqona yüklənmiş 1220 ton Aİ-95 benzini Gürcüstan-Ermənistan dəmir yolu vasitəsilə Ermənistana çatdırıb. Bu barədə razılaşma noyabrın 28-də Qəbələ şəhərində Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayev ilə Ermənistan Baş nazirinin müavini Mher Qriqoryanın görüşündə əldə olunub.
Milli.Az